Vaşinqtonda yerləşən beyin mərkəzlərindən biri Şimali Koreya lideri Kim Çenin Inın olduğu yerin peyk görüntülərini yayıb.
Teleqraf.com xəbər verir ki, Kim Çenə aid olduğu güman edilən qatarın turizm bölgəsini ziyarət etdiyi bildirilir.
"Röyters" agentliyi isə məlumatı "Böyük ehtimalla Kimə aid olan qatarın koordinatları tətil bölgəsində tapılıb" şərhi ilə təqdim edib.
Qatarın aprelin 21-dən 23-dək Vonsandakı dəmiryol stansiyasında saxlanıldığı qeyd edilir. Agentliyin məlumatına görə, qatar Vonsanda olsa belə, Kim Çenin orda olduğu bəlli deyil və ya səhhəti ilə bağlı dəqiq bilgi vermir: "Kimin ölkənin şərqində xüsusi bir bölgədə qaldığı iddiaları təsdiqlənir".