27 Aprel 2020 23:05
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 131 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 112 261 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 4 651 nəfər sağalıb, sağalanların ümumi sayı 33 791 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər