28 Aprel 2020 11:04
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Liviyaya nəzarəti ələ keçirdiyini iddia edən qiyamçı general Xəlifə Haftara cavab verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Tripolidəki səfirliyinin yaydığı açıqlamada Xəlifə Haftarın təktərəfli formada özünü ölkənin dövlət başçısı elan etməsinin narahatlıq yaratdığı bildirilib.

Açıqlamada qiyamçı Liviya Milli Ordusunun komandanına xəbərdarlıq edilib:

“ABŞ Haftar və Liviyadakı digər oyunçular arasında ölkədə sabitlik yaradacaq dialoqun başlamasını məmnuniyyətlə qarşılayacaq. Biz Liviya Milli Ordusu və Liviya Milli Hökumətini atəşkəs rejiminin qorunmasına dəvət edirik”.

Səfirlik qiyamçılara BMT-nin vasitəçiliyi ilə imzalanmış müqavilənin şərtlərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkib.

Əlavə edək ki, Xəlifə Haftar BMT-nin vasitəçiliyi ilə Liviya Sülh Hökuməti ilə imzalanmış anlaşmanın qüvvədən düşdüyünü bildirərək, özünü dövlət başçısı elan edib.

General Liviyaya nəzarəti ələ keçirdiyini də bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər