28 Aprel 2020 18:25
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamentində Saakaşvilinin təyinatına ciddi müqavimət var.

Teleqraf.com xəbər verir ki, bunu Mixail Saakaşvilinin Ukrayna Baş nazirinin islahatlar üzrə müavini təyin olunmasına dair müzakirələrə münasibət bildiriən politoloq Şahin Cəfərli deyib.

O qeyd edib ki, əslində iqtidar partiyasının səsləri yetərlidir, amma fraksiya daxilində oliqarx İqor Kolomoyskiyə yaxın deputatlar və digər qruplar təyinata razı olmur:

“Bu onu göstərir ki, Zelenski partiyaya tam hakim deyil. İndi gözlənilir ki, Saakaşvili parlamentin təsdiqini tələb etməyən vəzifəyə (məsələn, prezident müşaviri) təyin olunsun”.

Şahin Cəfərli bildirib ki, Ukrayna çox mürəkkəb ölkədir:

“Radikal islahatlarda maraqlı olmayan və bunu özünə təhlükə sayan güclü dairələr var. İndiyə qədər həyata keçirilən islahat xarakterli işlər yalnız Qərbin təzyiqi ilə baş tutub, şərt qoyublar ki, bunu etməsəniz, pul vermirik. Məsələn, bu gün qüvvəyə minən torpaq islahatı kimi. Elə bu islahata da həm siyasi qüvvələrin, həm də cəmiyyətin müqaviməti var. Bildirirlər ki, torpaqlarımızı xaricilər gəlib alacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər