29 Aprel 2020 14:40
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada koronavirus xəstəliyinin avqustun 19-da başa çatacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu proqnozla Sinqapur Texnologiya və Dizayn Universitetinin innovasiya laboratoriyası çıxış edib.

Əvvəlki qiymətləndirmələrdə epidemiyanın iyulun 20-də sona çatacağı gözlənilirdi. Alimlər pandemiyanın mümkün ikinci dalğası barədə də xəbərdarlıq ediblər.

Son məlumatlara görə, Rusiyada 93 min insan koronavirusa yoluxub, 867 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirus pandemiyasının başladığını elan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər