1 Oktyabr 2014 14:06
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı 70 kürd azyaşlını sərbəst buraxıb.

Teleqraf.com radikal.com-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları idarəsi məlumat yayıb. Məlumatda uşaqların azad olunma səbəblərinin məlum olmadığı bildirilir.

Yayılan xəbərlərdə 13-15 yaşlı 153 uşağın bu ilin 29 mayında Kobanidən qaçırıldığı qeyd edilir.

Həmçinin rəsmilər bundan əvvəl təşkilatın 37 uşağı da azad etdiyini, hazırda isə İŞİD-in əlində 30 uşağın qaldığını açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər