İtaliyada yeni koronavirus qurbanlarının sayı son sutkada 323 artmaqla 27 682 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.
Pandemiyanın başlanmasından indiyədək İtaliyada yoluxanların ümumi sayı sutka ərzində 2 086 nəfər olmaqla 203 591 nəfərə, sağalanların sayı isə 710 252 nəfərə çatıb.
Reanimasiya şöbələrində 1 956 nəfər müalicə almağa davam edir.