1 Oktyabr 2014 16:00
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan Ədalət və inkişaf partiyasından istefa verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istefanın bir neçə gün öncə S.Ərdoğana qarşı edilən iddia ilə bağlı olduğu bildirilir. 4 il müşavir vəzifəsində çalışan S.Ərdoğanın 52 min türk lirəsi maaş aldığı iddiası ictimaiyyətdə etirazla qarşılanıb.

Ötən gün yaşlı bir qadının bu məsələyə münasibətini ifadə etdiyi videosu sosial mediada böyük səs-küy yaradıb.

İstefadan sonra Sümeyye Ərdoğanın qeyri-hökumət təşkilatlarındakı fəaliyyətlərini davam etdirəcəyi bildirilir.

Samir


Müəllif: