2 May 2020 08:05
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın inşaat və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirusa yoluxublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirin digər müavini Nikita Stasişin inşaat və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edəcək.

Qeyd edilir ki, V.Yakuşevin və D.Volkovun diaqnozları kompüter tomoqrafiyası ilə təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər