Covid-19-un ən pis təsir etdiyi, 10 minlərlə insanın tələf olduğu ABŞ-da maraqlı hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Cersi ştatının qubernatoru Phil Murphnın təlimatı ilə çimərlik və parklar açılıb.
Bundan sonra ştat sakinləri kütləvi şəkildə çimərliklərə üz tutub. Minlərlə insan koronavirus təhlükəsini heçə sayaraq çimərlikdə istirahət edib.
Xatırladaq ki, indiyə qədər Nyu-Cersi ştatında 126 mindən çox insan virusa yoluxub, 7871 nəfər isə vəfat edib.