Bazar günü Rusiyada 10 600-dən çox yeni koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.
Teleqraf.com "Fox News"a istinadən xəbər verir ki, bu, pandemiyanın başlanmasından bəri ölkədə ən böyük göstəricidir.
Rusiyada bu virusa yoluxanların sayında artım dörd gündür davam edir. Hazırda Rusiya 134 687 nəfərlə koronaya yoluxanların sayına görə dünyada 7-ci yerdədir. Lakin bu ölkədə ölüm nisbəti aşağıdır.
Koronavirusa Rusiyada ən çox Moskvada yayılıb. Bu səbəbdən burada sərt karantin tədbirləri tətbiq olunub. Rusiya silahlı qüvvələrində də ən azı 3000 yoluxma faktı qeydə alınıb.
"Fox News"un bu xəbərinə xeyli şərh yazılıb. İstifadəçilərdən biri isə bildirib ki, Rusiyanın təqdim etdiyi statistika yalandır: "Real göstəricilər 10-20 dəfə çoxdur. Ümid edirəm ki, bu virus Rusiya ordusunu tam məhv edəcək".