Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Qebreyesus bildirib ki, əllərin yuyulması koronavirusa yoluxmanın profilaktikası üçün əsas və ən effektiv vasitələrdən biridir.
Teleqraf.com xəbər verir ki, bu barədə ÜST sədri keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, əllərin yuyulması "ictimai səhiyyənin ən əhəmiyyətli tədbirlərindən biridir".
Təşkilat rəhbərinin sözlərinə görə, bu, koronavirus infeksiyasından, həm də başqa xəstəliklərdən qorumağa kömək edir.
Qebreyesus diqqəti dünyada milyonlarla insanın əllərini daim yumaq imkanlarına malik olmamasına yönəldib. O, həmçinin xatırladıb ki, 5 may əllərin Ümumdünya gigiyenası günü kimi qeyd edilir.