Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin Əl Nahda rayonunda hündürmərtəbəli yaşayış binası yanır.
Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, yanğın başlayan kimi sakinlər binadan təxliyyə olunublar. Təxminən 250 ailə binadan çıxarılıb.
Alovun qarşısının alınması üçün bir neçə yanğınsöndürən briqadası cəlb olunub. Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.
Hadisə zamanı ölən və yaralanın olub-olmadığı hələlik bilinmir. Yanğının restoranların birində başladığı ehtimal olunur.