Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş SSRİ respublikalarının dövlət başçılarını mayın 9-da Minskdə keçirləcək Qələbə Paradına dəvət edib.
“Mən keçmiş SSRİ-yə daxil olan dövlət başçılarını açıq şəkildə Minskə gəlməyə dəvət edirəm”, - Lukaşenko bildirib.
Onun fikrincə, Belarusda bir araya gəlmək düzgün olardı: “Bu, vaxtilə yer üzündən silinən bir respublikadır. Bu, müharibədən ən çox təsirlənən respublikadır - müharibənin canlı abidəsidir. Bir yerə toplaşmalıyıq”.
O, eyni zamanda, COVID-19 koronavirus pandemiyasının böyük siyasətdə bir amil kimi istifadə edildiyi fikrini dilə gətirib: “Pandemiya bitəndən sonra da bundan istifadə edəcəklər”.