Qiyamçı Haftar ordusu Liviyanın paytaxtı Tripoliyə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökumətinin rəsmi nümayəndəsi Mustafa əl-Məcəli açıqlama verib.
O, qiyamçıların Tripoli dəniz limanı və Mitiqa hava limanını hədəf aldığını bildirib.
Hücumlarda bir nəfər həyatını itirib.
Haftar ordusunun dünən Tripoliyə hücumu nəticəsində 6 nəfər həlak olmuşdu.