8 May 2020 14:46
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Gürcüstan hakimiyyətinin ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin rəhbəri təyin edilməsi ilə əlaqədar səfir Teymuraz Şaraşenidzeni Kiyevdən geri çağırdığını açıqlayıb.

Teleqarf.com xəbər verir ki, bu barədə “İmedi news” xəbər yayıb.

Nazirin sözlərinə görə, Gürcüstan Ukrayna ilə diplomatik əlaqələrin kəsilməsini və ya iki ölkənin strateji tərəfdaşlığına yenidən baxmağın mümkünlüyünü düşünmür, lakin Gürcüstan məhkəmə sistemi tərəfindən mühakimə olunan və axtarışda olan bir şəxsin Ukraynada vəzifəyə təyin olunması qarşıya müzakirə edilməli olan suallar qoyur.

Qeyd edək ki, daha əvvəl M.Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin rəhbəri təyin edilib. Müvafiq sərəncamı Ukrayna lideri Vladimir Zelenski imzalayıb.

Onu da bildirək ki, Teymuraz Şaraşenidze uzun müddət (2011-2018-ci illərdə) Gürcüstanın Azərbaycanda səfiri olub. O, Ukraynada səfir postuna 2019-cu ildə təyin olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər