İsraildə yeni növ koronavirus infeksiyası – COVID-19-a aktiv yoluxanların sayı azalmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, pandemiyanın başlamasından bəri koronavirus diaqnozu qoyulan şəxslərin sayı 16 444 nəfərdən 4886 nəfərə düşüb.
Son sutka ərzində cəmi 3 yeni yoluxma hadisəsi qeydə alınıb.
Son 24 saatda isə bir ölüm hadisəsi belə baş verməyib. Cümə günündən bəri bu göstərici 245 səviyyəsində qalıb.
81 nəfərin vəziyyəti ağırdır, onlardan 65-i süni nəfəs aparatına qoşulub. Koronavirusa yoluxan 11 313 nəfər sağalıb.