10 May 2020 10:58
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada qiyamçı general Xəlifə Haftara məxsus qüvvələr paytaxt Tripolidə Mitiqa hava limanı və ətrafdakı yaşayış məntəqələrini raketlə hədəf alıb.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 6 nəfər həyatını itib, 10 nəfər yaralanıb.

BMT 150-dən çox raket atan Haftarla bağlı bəyanat qəbul edib. Bəyanatda hava limanında təyyarənin vurulmasının yolverilməz olduğu bildirilib.

Mitiqa aeroportu və ətraf bölgələrə ciddi ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər