13 May 2020 12:04
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkzinə düzənlənən terror hücumuda "Əl Qaidə" terrorçularına dəstək verən Səudiyyə Ərəbistanı rəsmisinin adını səhvən açıqlayıb.

Teleqraf.com xəbər verir ki, FTB 11 sentyabr qurbanlarının ailələri tərəfindən açılan məhkəmə davasına təqdim etdiyi sənədlərdən birində 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində işləyən Musaid Əhməd əl-Cərrahın adını silməyi unutmaqla ən böyük sirlərdən birini açıqlamış olub.

Yüksək çinli FTB rəsmisi tərəfindən qələmə alınan və bu həftə ictimaiyyətə açıqlanan məhkəmə sənədində əl-Cərrahın 11 sentyabda “Əkiz qüllələr”ə intihar hücumunu düzənləyən "Əl-Qaidə" mənsubu iki terrorçuya yardım etdiyindən şübhələndiyi qeyd edilir.

Hesbatda əl-Cərrahın hazırda harada olduğunun bilinmədiyi, ancaq bu şəxsin hücum edənlərə yardım üçün ABŞ-da iki nəfər ayırdığına dair ittihamlar var.

11 sentyabr hücumunun qurbanlarının sözçüsü Brett Eaglesonun fikrincə, bu sənəd terror hücumunu araşdıran FTB agentlərinin hücum edən terrorçularla Səudiyyə səfirliyi arasındakı bağları ört-basdır etdiyinə dair ciddi dəlildir.

FTB bu xəbərin yayılmasından sonra sözügedən raportu geri çəkərək, hesabatın yanlışlıqla məhkəmə sənədinə daxil edildiyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər