İranda koronavirusa yoluxma halının bu gün kəskin şəkildə artdığı müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, mayın 13-də 1958 nəfər virusa yoluxub, 50 nəfər isə ölüb.
Bununla da İranda virusa yoluxanların sayı ümumilikdə 112 min 727-yə, ölənlərin sayı isə 6783-ə çatıb.
Qeyd edək ki, xüsusi xəstəxanalarda müalicə alan 89 min 428 nəfər sağalaraq evə buraxılıb.