14 May 2020 08:59
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın dövlət başçısı Kim Çen In artıq 13 gündür görünmür.

Teleqraf.com xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen qeyd edib ki, "bəlkə o, həqiqətən fabriklərdə lentləri kəsir, lakin biz bu fotoşəkillərin həqiqiliyini yoxlaya bilməyəcəyik".

Xatırladaq ki, daha əvvəl, mayın 2-də Kim Çen Inın iştirakı ilə keçən zavod açılışından fotolar yayımlanmışdı. Qırmızı lenti kəsən dövlət başçısı sağlam görünürdü.

O, aprelin 15-dən ictimaiyyət qarşısına çıxmırdı və səhhəti barədə müxtəlif xəbərlər yayılırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər