Liviya Silahlı Qüvvələrinin Əl-Vətiyyə hərbi hava bazasını ələ keçirməsindən sonra qiyamçı Haftar ordusu paytaxt Tripolinin cənubundakı mövqelərindən geri çəkilməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qiyamçıların sözçüsü Əhməd əl-Mismari açıqlama verib.
Mismari Haftar qüvvələrinin başqa istiqamətlərdə də dislokasiya ediləcəyini bildirib.
Əlavə edək ki, Liviya ordusu ötən gün paytaxtın cənubundakı Vətiyyə bazasının qiyamçılardan geri aldığını açıqlamışdı.