Bundan sonra beynəlxalq sularda ABŞ gəmiləri ilə 100 metrlik ara məsafəsini pozan gəmilər “təhdid” kimi qiymətləndiriləcək və müdafiə taktikası tətbiq ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd edək ki, son dövrlər ABŞ beynəlxalq sularda, xüsusilə Çin və İran hərbi gəmiləri ilə üz-üzə gəlir və bəzən təhdid atmosferi yaranır. Pentaqon ötən gün “bütün gəmilər beynəlxalq sularda, boğazlardakı ABŞ gəmilərindən ən azı 100 metrlik təhlükəsizlik məsafəsini qorumalıdır” tövsiyəsini edib.
ABŞ mediasına görə, Preident Donald Trampın ABŞ hərbi gəmilərinə çox yaxın üzən İran gəmilərini vurma əmri verməsindən sonra Pentaqonun bu qərarı verdiyini ehtimal edir.
Xatırladaq ki, ötən ay Bəsrə körfəzində manevrlər edən ABŞ gəmilərinə İran hərbi gəmiləri 9 metr məsafəyə qədər yaxınlaşmışdı.