İsrail Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri Benny Qantz İrana xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Netanyahu İsraili təhlükə və ya yox olmaqla təhdid edənlərin özlərini təhlükəyə atdıqlarını bildirib.
Müdafiə naziri Qantz isə İsrailin istənilən təhdidə qarşı hazır olduğunu bəyan edərək, bu hallara anında cavab veriləcəyini bəyan edib.
Xatırladaq ki, dünən İranın Ali dini lideri Seyid Əli Xameneyi Qüds Günündə İsraili xərçəng xəstəliyinə bənzədərək bunun regiona zərər verdiyini deyib. Bildirib ki, belə xəstəlik kökündən kəsilməlidir.