24 May 2020 08:25
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsraildə ölkənin baş naziri Binyamin Netanyahunun məhkəmə prosesi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, baş nazir prosesdə şəxsən iştirak etməli olacaq

Məhkəmə prosesi Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və ictimai etimadın pozulması ittihamları çərçivəsində keçiriləcək.

Daha əvvəl İsrail Knesseti Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər