24 May 19:08
309

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen hesab edir ki, Birləşmiş Ştatlar dünyada birinci olaraq COVID-19 əleyhinə vaksini hazırlayacaq.

Teleqraf.com xəbər verir ki, müşavirə "Meet the Press" proqramının efirində Çinin vaksini birinci hazırlamaq imkanı haqqında sual verilib. "Mən düşünürəm ki, bu məsələdə Amerika lider olacaq", - Trampın müşaviri cavabında bildirib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb, ölkədə COVID-19-a yoluxmuş 97 mindən çox insan ölüb. Birləşmiş Ştatlarda virusa yoluxmuş 361 min nəfərdən çox insan sağalıb.


Müəllif: Mənbə/Report