Yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından sallanan 5 yaşlı körpə son anda xilas edilib.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gün Çinin Sichuan bölgəsində baş verib.
Yaşadıqları evin eyvanına çıxan uşaq daha sonra ordan aşağı mərtəbəyə doğru sallanıb. Bunu görən bir nəfər aşağı mərtəbədən uşağa doğru qalxaraq, hiss etmədən onu sürətlə eyvandan evə itələyib. Beləcə bir uşağın ölümünün qarşısı alınıb.