Ermənistanda son sutka ərzində 452 nəfər COVID-19 virusuna yoluxub. Son 24 saat ərazində daha 6 nəfər koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 7113 nəfərə çatıb. Ölkədə pandemiyadan ölənlərin sayı isə 87 nəfər yüksəlib.