26 May 2020 12:00
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 may Türkiyədə “Demokratiyanın edamı günü” kimi qəbul olunur.

Teleqraf.com xatırladır ki, 1960-cı il, mayın 27-də Türkiyədə hakimiyyətdə olan Demokrat Partiyasının sədri Adnan Mendersein rəhbərlik etdiyi hökuməti hərbçilər tərəfindən devrilib.

Türkiyə tarixinin ən uğurlu hökumətində Baş nazir postunu tutan Menderes hərbi çevrilişdən bir müddət sonra-1961-ci il sentyabrın 17-də Yassıadada edam olunub.

Adnan Menderes 1950-ci il seçkilərindən türk xalqının 52,7 faiz səsini alaraq hakimiyyətə gəlib və 10 il müddətində - çevriliş gününə qədər baş nazir vəzifəsində olub. 1960-cı ilin 27 mayında hərbçilər Menderes hökumətinə qarşı dövlət çevrilişi edib. Səhər saat 04:00-da polkovnik Alparslan Türkeş radio vasitəsilə Türk Silahlı Qüvvələrinin hakimiyyəti götürdüyünü elan edib. Adnan Menderes isə mayın 27-də Kütahyada polkovnik Mühsin Batur tərəfindən həbs edilərək Ankaraya gətirilib.

Hərbçilərin qurduğu Milli Birlik Komitəsi Adnan Menderes, Həsən Polatkan və Fateh Rüşdü Zorlunun edam olunması qərarını verib. Fateh Rüştü Zorlu və Həsən Polatkan 1961-ci ilin 16 sentyabr günü səhər saatlarında edam olunub.
1961-ci ilin 17 sentyabrında xəstə Menderesi İmralı adasında edam olunb.

Adnan Menderesin 1952-ci ildə Türkiyəni NATO ittifaqına daxil etməsi isə onun nə dərəcədə siyasi uzaqgörən və zaka sahibi olduğunu isbat edən onlarla uğurlarından biridir.


Müəllif: Cavad