30 May 2020 12:14
2 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı Haftar Ordusunu Tripoli hava limanı yaxınlığındakı mövqelərindən çıxaran Liviya Silahlı Qüvvələri bölgədəki strateji nöqtələrə nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bunu Liviya Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Qanunu deyib.

O, Silahlı Qüvvələrin Kazirma bölgəsinin böyük hissəsinə nəzarəti təmin etdiyini, Haftarın Tripolinin cənubundakı Qəsr bin Qaşir bölgəsindəki mövqelərinə qarşı əməliyyatlara başladığını bildirib.

Mayın 18-də Vətiyyə hərbi hava bazasını Haftar qüvvələrindən geri alan Liviya ordusu paytaxtın qərb və cənub bölgələrində geniş miqyaslı əməliyyatlara başladığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu