"Bəzi özünü tanımayanlar İstanbulun fəthini işğal kimi qələmə verirlər. Fəth açmaqdır, könülləri qazanmaqdır, amma bunlar bunu bilməzlər".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultan ikinci Abdülhəmid tərəfindən inşa edilmiş və yenidən bərpa edilən İstanbuldakı tarixi xəstəxananın açılışındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İstanbulun fəthini işğal adlandıranlar "fəth" sözünün mənasını bilmirlər: "Əcdadlarımız fəthi sadəcə torpaqların qazanılması deyil, ürəklərin qazanılması mənasında da işlədiblər".