Braziliyada son bir gündə koronavirusa 16 409 yeni yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.
Qeyd edilir ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 514 849 nəfərə çatıb.
Ölkədə bir gün ərzində koronavirusla bağlı 408 ölüm təsdiqlənib. COVID-19 qurbanlarının ümumi sayı 29 314-ə yüksəlib.
Ölkədə virusa yoluxmuş 206 555 insan sağalıb. Koronavirusla bağlı ən ağır vəziyyət San-Paulu ştatındadır.