Nyu-York merinin 25 yaşlı qızı Çiara de Blazio şəhərdə irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarında iştirakı zamanı saxlanıb.
Teleqraf.com xəbər verir ki, Çiara de Blazio plakat və şüarlarla etirazçılara qoşulub.
Qeyd edək ki, ABŞ-ın onlarla şəhərini polisin öldürdüyü qaradərili Corc Floyda görə etiraz aksiyaları bürüyüb.
Çiara de Blazio ictimai asayişi pozmaqda günahlandırılıb, amma az sonra sərbəst buraxılıb.
Həmin dəqiqələrdə qızın atası olan şəhər meri Bill de Blazio Nyu-Yorku bürümüş etiraz aksiyalarını sakitləşdirməyin yollarını arayan toplantı keçirirmiş.