ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya, Avstraliya və Hindistanı dünya liderlərinin görüşünə dəvət etməyi və birlikdə Çinin gələcəyini müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp illik G7 sammitini sentyabra qədər təxirə salacağını və Rusiyanı Çinin gələcəyini müzakirə etməyə dəvət etmək istədiyini deyib.
Jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti “Böyük Yeddilik”in dünyada baş verənləri düzgün qiymətləndirdiyini bildirsə də, burada təmsil olunan bir qrup ölkənin artıq köhnəldiyini də vurğulayıb:
“Ayrıca Avstraliya, Hindistan və Cənubi Koreyaya zəng etmək istəyirik. Bizim nəyimiz var? Bizim əlimizdə yaxşı bir qrup var”.
Hazırda ABŞ Almaniya, Yaponiya, Fransa, Birləşmiş Krallıq, Kanada və İtaliya da daxil olmaqla, Yeddi Sənayeləşmiş Ölkələr Qrupuna başçılıq edir.
Müttəfiqlərin etirazı
Trampın bu açıqlaması Almaniya Kansleri Angela Merkelin koronavirus pandemiyası səbəbindən Vaşinqton sammitində iştirak etməyəcəyini açıqlamasından bir qədər sonra verilib. Prezidentin 2014-cü ildə Ukraynanın Krım bölgəsinin “ilhaqından” sonra qeyri-müəyyən müddətə qrupdan xaric edilən Rusiyanı sammitə dəvət etmək planları digər ölkələrlə münasibətləri gərginləşdirə bilər. Bu ehtimala baxmayaraq, artıq Tramp Rusiyanı geri çağırmaq fikrini bildirib, lakin digər üzv ölkələr buna qarşı çıxıb.
Ancaq ev sahibi ölkənin prezidenti olaraq Tramp hər kəsi dəvət etmək hüququna malikdir. Beləliklə, Rusiya dəvət olunmuş dörd ölkə arasında yenidən qonaq ola bilər - 1990-cı illərin ortalarında qrupa rəsmi olaraq qoşulmazdan əvvəl olduğu kimi.
Putini cəzalandırmaq
Tramp çıxışlarından birində gələcək qrupu “G10” və ya “G11” adlandırmışdı. Bu, yeni dövlətlərin üzvlüyünü nəzərdə tutsa da, ABŞ bunu müstəqil şəkildə təmin etmək iqtidarında deyil. Ancaq Tramp bu ölkələrin liderləri ilə söhbətlər etdiyini söyləmişdi.
ABŞ Prezidenti sammiti sentyabrın 15-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının toplantısı ilə eyni vaxtda keçirməyi təklif edib. Plana görə, iyunun 8-dən şəhərin mərhələli şəkildə karantindən çıxarılmasına başlanılmalıdır. Bir dəfə isə Tramp zirvə görüşünün noyabr seçkilərindən sonra keçirilə biləcəyini söyləmişdi. Rusiyanın 2014-cü ildə “G8”ə daxil olması digər üzv ölkələrin narahatlığına səbəb oldu. Habelə Rusiya Prezidenti Vladimir Putinin Krımdakı təcavüzünə görə necə cəzalandırılacağının yaxşı olduğu mövzusunda fikir ayrılıqları yarandı.
Amerikaya getmək arzusu
Ekspertlərə görə, Putin müşavirləri vasitəsi ilə 2018-ci ildən bəri ABŞ-a daha bir dəvət axtarır. Həmin ilin iyul ayında Tramp Putini payızda ziyarətə dəvət etməyi planlaşdırdığını açıqlayaraq, Milli Kəşfiyyat İdarəsinin direktoru Den Koutsu heyrətləndirmişdi.
Səfər heç vaxt baş tutmadı. Bu dəfə Putini okeanın o tayına çağırmağa səbəb, geosiyasi cəhətdən əhəmiyyətli ölkələrin Çinin gələcək taleyini müzakirə etməyə dəvət etməsidir - Tramp onu rəqib və düşmən hesab edir. Lakin Putinin prezident seçkisindən iki ay əvvəl ABŞ-da görünməsi, xüsusilə ABŞ kəşfiyyatının Rusiyanın Trampın xeyrinə bundan əvvəlki seçkiyə müdaxilə etdiyini müəyyən etməsindən sonra tənqidlərə səbəb olacaq və Respublikaçı müttəfiqləri arasında fikir ayrılığına gətirib çıxaracaq.
Kənd iqamətgahında görüş
Sammitin təşkili Trampın bu elanından bir neçə ay əvvəldən qızğın müzakirələrə səbəb olub. Bundan əvvəl Tramp iyunda bir zirvə görüşünün keçirilməsini təklif etmişdi, lakin sonra rəsmilər bunun pandemiya səbəbindən onlayn şəkildə olacağı barədə xəbərdarlıq etdilər. May ayının sonunda isə Tramp Kemp-Deviddə zirvə görüşünün keçirilməsini təklif etdi - özünün yalnız qısa ziyarətlərdə olduğu kənd iqamətgahında.
Mübahisəli məqam təkcə dəvətlilərin siyahısı deyildi. Oktyabr ayında Tramp özəl klublarından birində, Mayami yaxınlığındakı “Tramp Nəşnl Doral”da (Trump National Doral) sammit keçirəcəyini elan etdi.
Bu, tənqidçilərin, o cümlədən, respublikaçılar arasında etirazlara səbəb oldu. Onların fikrincə, Tramp bununla öz səlahiyyətlərində həddini aşır, bundan pulsuz reklam vasitəsi kimi istifadə etmək istəyir. Yüzlərlə vəzifəli şəxsin və nümayəndə heyətinin iştirak etdiyi “G-7” kimi zirvə görüşlərində xüsusi təhlükəsizlik tədbirləri görülür.
Rus liderinə olan qəribə simpatiya
Tramp bundan sonra Kemp-Deviddə zirvə görüşü keçirəcəyini elan etdi.
Ötən ilin avqustunda Tramp Rusiyanı zirvə görüşünə qayıtmağa çağırdı.
“Rusiyanı geri qaytarmağın çox uyğun olduğunu düşünürəm. Çünki orada bəhs etdiyimiz şeylərin hamısı Rusiyanı narahat edir. Mən onu “G8” sıralarında görürəm”, - ABŞ Prezidenti jurnalistlərə açıqlamasında demişdi.
2016-cı ilin iyul ayında son prezidentlik kampaniyası dövründə Tramp “ABC News”a verdiyi müsahibədə Rusiyanın Ukraynaya hücumuna etirazları rədd etdiyini söyləmişdi:
“Eşitdiyimə görə, krımlılar əvvəl olduğu yerdən daha çox Rusiya ilə olmağı üstün tutacaqlar. Bu da nəzərə alınmalıdır”.