2 İyun 2020 01:42
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York səlahiyyətliləri hazırda ölkədə davam edən iğtişaşlara görə iyunun 1-i saat 23:00-dan 2 iyun saat 05:00-a qədər şəhərdə komendant saatı elan ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin meri Bill de Blazio məlumat yayıb.

"Nyu-Yorklular, mən ştat qubernatoru Endryu Kuomo ilə danışmışam, biz təhlükəsizliyi təmin etmək məqsədi ilə komendant saatı tətbiq etməyi qərara almışıq", - Bill de Blazio Tvitterdə yazıb.

Endryu Kuomo isə bildirib: "Nyu-York sakinləri, siz saat 23:00-dan sonra evdən çıxmamalısınız".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər