2 İyun 2020 10:42
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə kütləvi etiraz aksiyalarının şiddətlənməsindən sonra paytaxt Vaşinqtonda qarşıdakı iki gündə gecə saat 21:00-dan 06:00-a qədər küçəyə çıxmaq qadağan edilib.

Teleqraf.com xəbər verir ki, Vaşinqtonun bələdiyyə başçısı Mürel Bovzer etirazçıların şəhərdə yanğın törətdiyini bildirib.

O, bu səbəbdən şəhərdə iki gün küçəyə çıxmaq qadağası tətbiq edildiyini deyib.

Buna qədər isə ölkə miqyasında genişlənən kütləvi nümayişlərə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp isə qubernatorları tənqid edərək, onların zəif hərəkət etdiklərini deyib:

“Olaylarda dominant tərəf siz olmalısınız, amma olmursunuz, vaxtınızı boşuna keçirirsiniz”.

Prezident qubernatorları daha sərt addım atmağa çağırıb:

“Siz indi onları dayandırmasanız, vəziyyət pisə doğru yönələ bilər. Etirazçıları həbs etməlisiniz, davranışlarını izləməlisiniz, 10 il həbsə atmalısınız. Belə etsəniz, bu, bir daha təkrarlanmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər