3 Oktyabr 2014 16:56
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ərəb ölkələri İsraili İran və radikal islamçı təşkilatlarla mübarizədə potensial tərəfdaş kimi qəbul edir.

Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib. Onun sözlərinə görə, Yaxın Şərqdə hazırda köklü dəyişikliklər baş verir:

“İsraili özlərinə düşmən görməyən əksinə, İran və radikal islamçı təşkilatlarla mübarizədə potensial tərəfdaş qəbul edən bəzi əhəmiyyətli ərəb ölkələri var. Fələstinlilərin isə İsraili yəhudi dövləti olaraq tanıması lazımdır”. Ancaq baş nazir bu ölkələrin adlarını açıqlamayıb.

Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin tikilməsinə ABŞ-ın göstəridyi sərt reaksiyaya münasibıət bildirən Netanhayu yəhudi vətəndaşlarını hər hansı şəkildə Qüdsdə ev satın almaqdan məhrum etməyin qəbul edilməz olduğunu deyib.


Samir


Müəllif:

Oxşar xəbərlər