3 İyun 2020 00:55
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində insanların avtobusa minməsini əks etdirən foto paylaşıb.

“Vanadzordakı “Qloriya” fabrikinin işçiləri evə gedir. Bax, bunlardır Ermənistandakı yoluxma göstəricisini rekord səviyyəyə qaldıranlar”, - Paşinyan yazıb.

Yeri gəlmişkən, avtobusun markası və görkəmi Ermənistandakı iqtisadi durumu da əks etdirir.

Qeyd edək ki, Ermənistanda bu gün 517 nəfər koronaya yoluxub, 19 nəfər ölüb. Ümumilikdə yoluxma sayı 10.009, ölən isə 158-dir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər