3 İyun 2020 18:44
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə kütləvi etiraz aksiyalarının başlamasından bəri ABŞ-da ən azı 9,3 min insan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi öz hesablamalarına istinadən xəbər yayıb.

Daha çox Los-Ancelesdə – 2,7 min və Nyu-Yorkda – təqribən 1,5 min nəfər saxlanılıb. Polis Dallas, Hyuston və
Filadelfiyada bir neçə yüz adamı saxlayıb.

Bundan əvvəl agentlik ən azı 11 nəfərin Amerika şəhərlərindəki iğtişaşların qurbanı olduğunu açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər