Liviya Milli Saziş Hökuməti Baş nazirinin müavini, Prezident Şurası rəhbərinin müavini Əhməd Maytiq Rusiyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda qeyd ediilib ki, Əhməd Maytiqlə Rusiya Xarici İşlər Nazirliyində görüş keçiriləcək.
Liviyalı diplomat görüşdən əvvəl açıqlama və şərh verməkdən imtina edib.
2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya faktiki olaraq vahid bir dövlət olaraq fəaliyyətini dayandırdı. Artıq ölkədə iki hakimiyyət hökm sürür.
Özünü “dövlət başçısı” elan edən marşal Xəlifə Haftarın qiyamçı ordusu şərq bölgəsinə, BMT və Avropa Birliyinin dəstəyi ilə yaradılan Fayez Sərracın rəhbərlik etdiyi Milli Saziş Hökuməti isə qərb bölgəsinə nəzarət edir.