4 Oktyabr 2014 11:15
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq edilən ticarət güzəştlərinin ləğv edilməsi ilə bağlı konqresi məlumatlandırıb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında verilib. Obama may ayında tətbiq edilən güzəştlərin Rusiyanın Ukraynanın şərqindəki hadisələrdə mövqeyi ilə bağlı ləğvini istəyir:

“Bu güzəştlərlə Rusiya ticarəti və iqtisadiyyatı kifayət qədər inkişaf edib. Ukraynadakı böhrana görə, Rusiyanı dayandırmaq lazımdır. Biz artıq bununla bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyini xəbədar etmişik”.

Verilən məluatlara görə, sənəd bu gün artıq qüvvəyə minəcək.

Xatırladaq ki, ABŞ və Avropa Birliyi Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və Moskvanı Ukraynanın daxili işlərinə müdaxilə etməkdə ittiham edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər