ABŞ aviasiyası “Taliban” radikal hərəkatının mövqelərinə zərbə endirib.
Teleqraf.com-un məlumatına görə, bu, tərəflər arasında Ramazan bayramı ilə əlaqədar əldə olunmuş atəşkəsdən sonra ilk zərbələr olub.
Qeyd edilib ki, zərbələr “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumlarının qarşısını almaq məqsədi ilə endirilib.
Zərbələr Fərəh və Qəndəhar əyalətlərində reallaşdırılıb. Hadisə nəticəsində həlak olanların olub-olmaması barədə məlumat verilmir.