İndoneziya ordusuna məxsus Mi-17 helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfər həlak olub, beş nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, insident Kendal şəhərində sənaye kompleksinin yaxınlığında yerli vaxtla saat 13:40 radələrində baş verib.
Helikopter ikinci təlim uçuşunu yerinə yetirirmiş.
Xəsarət alanların hamısı yerli xəstəxanaya çatdırlıb. Onlar ağır yanıq xəsarətləri alıblar.