5 Oktyabr 2014 09:58
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 43-cü prezidenti Corc Buş qardaşı Ceb Buşun prezident olmaq istədiyini açıqlayıb.

Corc Buş bu barədə yerli televiziya kanalarından birinə müsahibəsində deyib.

Corc Buş 2016-cı ildə prezident seçkilərində qardaşı Ceb Buşu dəstəkləyəcəyini deyib.

"Məncə o, prezident olmaq istəyir və ondan mükəmməl dövlət başçısı olar. Ceb Buş rəhbər olmağın nə məna verdiyini çox yaxşı başa düşür. Hesab edirəm ki, qardaşım Respublikaçıların namizədi olacaq Hillari Klintona layiq rəqibdir", deyə Corc Buş bildirib.

Qeyd edək ki, Ceb Buş özü prezident olub-olmayacağı ilə bağlı fikirini gələn il söyləyəcəyini deyib./anspress/


Müəllif:

Oxşar xəbərlər