“Başqa ölkələrdən neft və qaz istəməyin əvəzinə yerli yanacaqlardan daha çox istifadə etmək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ayaqlarımızın altı torf, ağac qabıqları, talaşa ilə doludur. Amma biz neft və təbii qaz üçün yalvarırıq. Bunlardan istifadə edilməlidir və Vitebsk bölgəsində bunu etməyi öyrəndilər. Bu təcrübəni bütün ölkəyə yaymaq lazımdır, çünki bu gün kifayət qədər qurumuş ağacımız var”, - prezident qeyd edib.