5 Oktyabr 2014 20:20
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Seyminə seçkilərdə sosial-demokrat "Razılıq" partiyası qalıb gəlib. Qeyd edək ki, bu partiya ölkənin rusdilli əhalisinin hüquqlarını müdafiə edir. Partiyaya rusdillilər arasından ilk dəfə Riqa meri seçilən Nil Uşakov rəhbərlik edir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qanunverici orqana seçkilərdə 6 siyasi partiya mübarizə aparır. Litva MSK-nın sədri Arnis Tsimdars bildirib ki, "Razılıq" partiyası səslərin 23,13 faizini qazanıb. İkinci yerdə hazırkı baş nazir Laymdot Strauyumanın rəhbərlik etdiyi "Birlik" (21,76 %) partiyası gəlir.

Nihad


Müəllif: