“Baş nazir Nikol Paşinyan hər kəsdən şübhələnir, amma ən çox silahlı qüvvələrdən qorxur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr Ermənistan baş nazirinin Silahlı Qüvvələrin daxilində ona qarşı dövlət çevrilişi planı hazırlandığından şübhələndiyini bildirib:
“O, məhdud sayda insanın yanında hərbi çevrilişin həyata keçiriləcəyinə dair şübhələrindən danışıb. Bu, müdafiə naziri David Tonoyanın son günlərdəki fəaliyyəti, ordu bölmələrinə fəal baxışı ilə əlaqədardır. Tonoyanın ona sədaqət andı içməsinə baxmayaraq, artıq onun yerinə keçə biləcək namizədlərin adları sadalanır. Namizədlər arasında 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusuna məğlubiyyətdən sonra Müdafiə Nazirliyindən qovulan Arşak Karapetyanın adı da var”.
Əlavə edək ki, general Arşak Karapetyan hazırda Ermənistan baş nazirinin müavini postunu tutur.