Gürcüstanda yeni növ koronavirusdan daha bir nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Tbilisinin Birinci Universitet Klinikasının rəhbəri Levan Ratiani yayıb.
Onun sözlərinə görə, koronavirusdan vəfat edən şəxs şəkərli diabet də daxil olmaqla xroniki xəstəliklərdən əziyyət çəkirmiş.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 14 nəfərə çatıb.