Koronavirusla mübarizə tədbirləri çərçivəsində polşalı əsgərlər səhvən Çexiya dövlət sərhədində tərk edilmiş kilsədə qalıblar. Əsgərlər kilsəni ziyarətə gələn çexiyalı vətəndaşların bölgədə gəzməsinə mane olub, habelə ərazidə barrikada qurublar.
Teleqraf.com xəbər verir ki, bu işğal faktı Çexiya rəsmilərinin Polşaya xəbərdarlığı nəticəsində aradan qaldırılıb.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı isə bəyan edib ki, Çexiya ərazisinin işğalı səhvən baş verib: "Bu, düşünülmüş işğal deyil, yanlışlıqla ortaya çıxıb. Səhv dərhal aradan qaldırılıb”.