Rus muzdluları Liviyanın Sirt yaşayış məntəqələrində evlərə bomba, şəhərin qərb hissəsinə isə minalar yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bunu Liviya legitim ordusunun nümayəndəsi Əbdülxalid Dirah bəyan edib.
Polkovnik bildirib ki, bu barədə məlumatı Sirt məntəqəsində olan qaynaqlarından əldə ediblər.
Liviya ordusunun Sirtə girişini önləmək məqsədilə Haftara bağlı rus muzdularının bu üsula əl atdığına diqqət çəkən polkovnik Dirah xatırladıb ki, qiyamçı generalın silahlı birləşməsi Tərxunədən və paytaxt Tripolinin cənubundan qaçmazdan əvvəl də ora bomba və mina basdıraraq Liviya ordusuna tələ qurmuşdu.